IMG-LOGO

ABŞ İspaniya ilə ticari əlaqələrini pozmaq niyyətindədir

03 Mar 2026 22:14 3 baxış
IMG

ABŞ İspaniyanın hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmaqdan imtina etməsindən sonra bu ölkə ilə bütün ticari əlaqələrini kəsmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə bildirib.

"Onların möhtəşəm insanları var, lakin möhtəşəm rəhbərlikləri yoxdur. Bildiyiniz kimi, onlar NATO-da hərbi xərcləri 5 %-ə qədər artırmağa razılaşmayan yeganə ölkə idilər. Düşünmürəm ki, onlar nəyisə artırmağa razılaşmaq niyyətindədirlər", - o deyib.

"Onlar hər şeyi 2 % səviyyəsində saxlamaq istəyirdilər və həmin 2 %-i də ödəmirlər, ona görə də biz İspaniya ilə bütün ticarəti dayandırmağa hazırlaşırıq. İspaniya ilə heç bir əlaqəmizin olmasını istəmirik", - ABŞ lideri əlavə edib.

Xəbər lenti