IMG-LOGO

Azərbaycana təxliyə olunan vətəndaş: İran tərəfində sərhədi keçmək üçün gözləyən insan sayı azdır

28 Feb 2026 22:38 2 baxış
IMG

Bizi Azərbaycanda yaxşı qarşıladılar. Buna görə təşəkkür edirəm. Rahat gəldik.

"Report"un Cənub bürosunun məlumatına görə, bunu İrandan təxliyə edilən Azərbaycan vətəndaşı Rəfael Əliyev jurnalistlərə açıqlamasında deyib.

O, işlə bağlı Təbrizdə olduğunu deyib. R. Əliyevin sözlərinə görə, İran tərəfində sərhədi keçmək üçün gözləyən insan sayı azdır.

Daha əvvəl İrandan Azərbaycan vətəndaşlarının qruplar şəklində təxliyəsi həyata keçirilib.

Xəbər lenti