IMG-LOGO

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

06 Nov 2026 12:47 3 baxış
IMG

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Bir çox ölkələrin təcrübəsi göstərir ki, əsas məsələ biznesin böyüklüyü deyil, iqtisadiyyatda biznesin paylanmasıdır. Çünki iqtisadiyyatın azsaylı böyük bizneslər üzərində qurulması risk ehtimalını artırır. Məsələn, Avropa İttifaqında ümumi daxili məhsulun 64%-i kiçik və orta sahibkarlığın payına düşür. Əslində, dövlət siyasəti daha az riskli iqtisadiyyatın formalaşmasını stimullaşdırmalıdır. Məqsəd böyük bizneslərin deyil, bütövlükdə iqtisadiyyatın böyüməsi olmalıdır. İl ərzində dəfələrlə qeyd etdiyimiz kimi, böyük biznes böyük iqtisadiyyat anlamına gəlmir. Bu fəlsəfədən çıxış edərək, Vergi Məcəlləsində də, xüsusilə mikro və kiçik sahibkarların başlanğıc vəsaitlərinin cəlb edilməsi, biznesin qurulması və fəaliyyətə başlaması istiqamətində daha çox güzəştlərin tətbiqi və stimullaşdırıcı mexanizmlərin nəzərdə tutulması vacibdir", - deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti