IMG-LOGO

SEPAH: Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın baş verib

06 Nov 2026 12:53 3 baxış
IMG

İki neft tankeri razılaşdırılmamış marşrutlarla Hörmüz boğazından keçməyə cəhd edərkən minaya düşüb partladıqdan sonra alovlanıb.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

İran tərəfinin iddiasına görə, tankerlərdən biri boğazın şərq hissəsində, digəri isə bilavasitə boğazda olub. Hər iki gəmi hərəkətini dayandırıb.

"Bu iki tanker bütün naviqasiya və identifikasiya sistemlərini söndürüb və ABŞ hərbçilərinin dəstəyi ilə çıxmağa cəhd edib. Minalara düşüb partladıqdan sonra onların hərəkəti dayanıb", - bəyanatda bildirilib.

SEPAH-dan yenidən bəyan edilib ki, Vaşinqtona irəli sürülmüş yeddi şərt yerinə yetirilənədək Hörmüz boğazı bağlı qalacaq. Korpusdan həmçinin iddia edilib ki, ABŞ hərbçilərinin tankerləri razılaşdırılmamış və minalanmış ərazilərdən keçirmək cəhdləri uğursuzluqla nəticələnəcək.

Mənbə: report.az

Xəbər lenti