IMG-LOGO

Papoyan: Ermənistan Aİİ-yə qoşulduqdan sonra Rusiya ilə ticarət kəsiri 2 milyard dollara qədər artıb

06 Nov 2026 12:47 3 baxış
IMG

Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olduqdan sonra onun Rusiya ilə xarici ticarətindəki mənfi saldosu 2 milyard dollara qədər artıb.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan parlamentdə bildirib.

"Aİİ-yə qoşulmazdan əvvəl Ermənistanın Rusiya ilə xarici ticarətində mənfi saldo təxminən 700 milyon dollar təşkil edirdisə, bu gün 2 milyard dollara çatıb. Biz pul əvəzinə mal almışıq", - o qeyd edib.

Nazir, həmçinin Rusiyanın erməni sahibkarlara qarşı tətbiq etdiyi məhdudiyyətləri əsassız hesab edib.

"Ermənistandakı bəzi siyasi qüvvələrin bir neçə faiz səs toplayaraq parlamentə düşə bilməsi (2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində - red.) xatirinə erməni istehsalçıların Rusiya bazarına çıxışının əsassız olaraq məhdudlaşdırılacağı nəzərdə tutulmurdu. Hesab edirik ki, əsassız məhdudiyyətlər ən qısa zamanda aradan qaldırılmalıdır", - Papoyan vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti