IMG-LOGO

Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb

06 Nov 2026 13:34 4 baxış
IMG

Rusiyanın noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin "Telegram"da bildirib.

"Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində artıq 53 nəfər həlak olub", - o yazıb.

Qeyd edək ki, daha əvvəl 37 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Mənbə: report.az

Xəbər lenti