IMG-LOGO

Orxan Nəzərli: "Yükdaşıma sektorunda 8 %-lik sadələşdirilmiş vergi rejimi tətbiq oluna bilər"

06 Nov 2026 11:42 3 baxış
IMG

Azərbaycanda yükdaşıma sektorunda 8 %-lik sadələşdirilmiş vergi rejimi tətbiq oluna bilər.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq bu təklif irəli sürülüb: "Belə ki, ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərinin vergiyə cəlb edilməsi üçün 5 il müddətinə alternativ olaraq 8 % dərəcə ilə sadələşdirilmiş vergi rejimini seçmək hüququnun verilməsi təklif olunur".

Mənbə: report.az

Xəbər lenti