IMG-LOGO

Sahil Babayev: "Azərbaycanda inflyasiya nəzarətdədir"

06 Nov 2026 13:40 4 baxış
IMG

Azərbaycanda inflyasiya həyata keçirilən həm fiskal, həm də monetar siyasətlə nəzarət altında saxlanılır.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

"Gələn il üçün orta illik inflyasiya proqnozu 5,3 %-dir. Bu da kifayət qədər beynəlxalq bençmarklara uyğun məqbul hədəf hesab olunur. 4-6 % arası inflyasiya məqbul hədd sayılır. Ona görə 5,3 % proqnozu qoruya bilərsək, kifayət qədər uğurlu nəticə olar. Cari ilin doqquz ayında da inflyasiyamız yenə bu hədlərin daxilindədir - 5,7 %-dir", - deyə o qeyd edib

Mənbə: report.az

Xəbər lenti