İranın ali dini rəhbəri Əli Xamenei döyüş əməliyyatlarını qərargahdan idarə edir.
"Report" xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Xamenei 2025-ci ilin yayındakı müharibədə olduğu kimi, böhran qərargahında hərbi əməliyyatların aparılmasına rəhbərlik edir.
Daha əvvəl xarici işlər naziri Abbas Əraqçi ölkə prezidenti Məsud Pezeşkian və Əli Xameneinin İrana endirilən zərbələr zamanı zərər görmədiyini açıqlayıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.