IMG-LOGO

İran BAEA-nın təcili iclasının keçirilməsini tələb edib

28 Feb 2026 20:16 2 baxış
IMG

İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi İsrail və ABŞ-nin hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə Heyətinin növbədənkənar təcili iclasının keçirilməsini tələb edib.

"Report" xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb.

"İsrail və ABŞ-nin fevralın 28-dən başlayan təcavüzü fonunda Vyanadakı daimi nümayəndəlik BAEA-nın direktoru Rafael Qrossiyə ünvanlanan məktubda agentliyin İdarə Heyətinin təcili növbədənkənar iclasının keçirilməsinə çağırış edib", - məlumatda qeyd olunub.

Xəbər lenti