İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəyə hücumlarından sonra BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məktubda qeyd olunub ki, ABŞ və İsrail qanunsuz hərəkətlərin bütün nəticələrinə, o cümlədən bundan qaynaqlanan hər hansı gərginliyin artmasına görə tam və birbaşa məsuliyyət daşıyır.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 70 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.