IMG-LOGO

SEPAH: İranın hücumları nəticəsində azı 200 ABŞ hərbçisi ölüb və ya yaralanıb

28 Feb 2026 18:20 3 baxış
IMG

İranın cavab zərbələri nəticəsində azı 200 ABŞ hərbçisi öldürülüb və ya yaralanıb.

"Report" xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

SEPAH bəyan edib ki, ABŞ və İsrailin bəzi raketləri hədəflərinə çata bilməyərək boş ərazilərə, eləcə də Fars körfəzi ölkələrinin ərazilərinə düşüb.

ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 60 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.

Xəbər lenti