ABŞ və İsrailin hücumu nəticəsində İran paytaxtının azı üç sakini həlak olub.
"Report" xəbər verir ki, bu barədə TASS agentliyi İranın SNN telekanalına istinadən məlumat yayıb.
Zərbələrə İranın ən böyük şəhərləri, o cümlədən Tehran məruz qalıb.
"Tasnim" agentliyinin məlumatına görə, ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da hücuma məruz qalıb.