IMG-LOGO

Əraqçi: İran suverenliyini qorumaq üçün bütün hərbi imkanlardan istifadə edəcək

28 Feb 2026 18:29 3 baxış
IMG

ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün ardınca İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və İraqdan olan həmkarları ilə telefon danışıqları aparıb.

"Report" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Əraqçi həmkarlarını son hadisələr barədə məlumatlandırıb və hərbi təcavüzün BMT Nizamnaməsinin əsas prinsiplərini kobud şəkildə pozduğunu bildirib. İrana hücum beynəlxalq sülh və təhlükəsizliyə qarşı açıq cinayət kimi xarakterizə edilib.

O vurğulayıb ki, İran suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün bütün müdafiə və hərbi imkanlarından istifadə edəcək.

Xəbər lenti