Türkiyə ABŞ və İsrailin hücumları səbəbindən beş ölkəyə uçuşları dayandırıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar martın 2-dək ləğv olunub. O bildirib ki, hazırda İranda Türk Hava Yolları və "Pegasus" şirkətlərinə məxsus iki təyyarə var və hava gəmilərinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.