IMG-LOGO

KİV: Bəzi şirkətlər Hörmüz boğazı vasitəsilə yanacaq tədarükünü dayandırıb

28 Feb 2026 17:56 2 baxış
IMG

Bir sıra aparıcı neft və ticarət şirkətləri regionda vəziyyətin gərginləşməsi fonunda Hörmüz boğazı vasitəsilə yanacaq tədarükünü müvəqqəti dayandırıb.

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

"Gəmilərimiz bir neçə gün ərzində yerində qalacaq", - iri ticarət şirkətinin top-menecerlərindən biri agentliyə bildirib.

Qeyd olunur ki, Ərəbistan yarımadası ilə İran arasında yerləşən Hörmüz boğazından hər gün təxminən 20 milyon barel xam neft və digər yanacaq növləri daşınır. Tədarükdə fasilənin yaranması enerji bazarında ciddi qlobal pozuntulara səbəb ola bilər.

Xəbər lenti