IMG-LOGO

"Rosatom" İrandakı AES-in işinə aidiyyəti olan 90-dan çox şəxsi təxliyə edib

28 Feb 2026 16:07 2 baxış
IMG

Rusiyanın "Rosatom" dövlət korporasiyası "Buşehr" AES-in fəaliyyətinə aidiyyəti olan 94 nəfəri İrandan təxliyə edib.

"Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçyov bəyan edib.

"Rosatom" İrandakı vəziyyəti daimi rejimdə nəzarətdə saxlayır... Həm "Buşehr" AES-in tikinti meydançasında, həm də paytaxtda olan heyətimizə gəlincə, hazırda ölkədən əməkdaşların bütün uşaqları, eləcə də bütün artıq heyət və ölkəni tərk etmək istəyən şəxslər, ümumilikdə 94 nəfər çıxarılıb", - məlumatda qeyd olunub.

Xəbər lenti