Omanın xarici işlər naziri Bədr Əl-Busaidi regionda vəziyyətin kəskinləşməsi fonunda danışıqlar prosesinin pozulduğunu bəyan edib və tərəfləri təmkinli olmağa çağırıb.
Bu barədə "Report" "Iran International" telekanalının saytına istinadən xəbər verir.
Əl-Busaidi aktiv və ciddi danışıqların pozulmasından narahatlığını bildirib, ABŞ-ni İranla münaqişəyə daha da cəlb olunmamağa çağırıb.
Nazir vurğulayıb ki, gərginliyin daha da artması qlobal təhlükəsizliyin və sülhün möhkəmlənməsinə kömək etməyəcək.