IMG-LOGO

İranda qızlar məktəbində hava zərbələri nəticəsində 40 nəfər ölüb - YENİLƏNİB

28 Feb 2026 15:54 2 baxış
IMG

İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.

"Report"un məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.

Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.

15:27

İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.

Xəbər lenti