IMG-LOGO

İsrail HHM vasitələri İran raketini zərərsizləşdirib, zərərçəkən yoxdur - YENİLƏNİB

28 Feb 2026 12:58 3 baxış
IMG

İsrailin hava Hücumundan Müdafiə Vasitələri İran raketini zərərsizləşdirib, zərərçəkən yoxdur.

"Report" xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

"Ölkənin Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə, İrandan İsrailin mərkəzi hissəsinə doğru buraxılmış bir raket HHM vasitələri tərəfindən zərərsizləşdirilib", - nəşr bildirir.

Məlumata görə, İrandan ballistik raketlərin buraxılmasından sonra İsrailin şimalında yenidən sirenlər işə düşüb.

12:47

İran raketlərinin növbəti dalğası İsrail ərazisinə buraxılıb.

Bu barədə "Report" "Tasnim"ə istinadən xəbər verir.

SEPAH-ın məlumatına görə, raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi hücum başlayıb.

"Press TV" bildirib ki, İran hərbçiləri İsrail istiqamətində 75-ə yaxın raket buraxıb.

12:22

İran İsrail istiqamətində raketlər buraxıb.

Bu barədə "Report" İsrail Müdafiə Ordusunun rəsmi telegram kanalında dərc olunan bəyanatına istinadən xəbər verir.

"Bu yaxınlarda İsrail müdafiə qüvvələri İran ərazisindən İsrail dövlətinə doğru raket buraxılışları qeydə alıb. Təhdidi aradan qaldırmaq üçün müdafiə sistemləri işə salınıb", - bəyanatda deyilir.

Məlumata görə, İsrail hərbçiləri zərbələri dəf etməyə hazırlaşır.

Xəbər lenti