IMG-LOGO

ABŞ muzeyi müstəmləkəçilərin oğurladığı təbərrükləri Qanaya bağışlayıb

10.02.2024 05:44 47 baxış
IMG

ABŞ muzeyi Qananın kral ailəsinə məxsus olan, lakin təxminən 150 il əvvəl müstəmləkəçilər tərəfindən oğurlanmış antik əşyalar kolleksiyasını Qərbi Afrika ölkəsinə hədiyyə edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) Fauler Muzeyi bildirib ki, əşyalar, Aşanti Krallığından bütün kral reqaliyaları amerikalı kolleksiyaçı tərəfindən alınıb və onun ölümündən sonra muzeyə hədiyyə edilib”, – nəşr bildirib.

Fauler Muzeyi tərəfindən geri qaytarılmış əşyalar arasında fil quyruğu tacı, iki kral taxt bəzəyi, kral boyunbağı, iki ip muncuq və dekorativ taxt var.

"Bunlar indiki ilə keçmişi birləşdirən, sivilizasiyanın mahiyyətini çatdıran obyektlərdir”, – Kral Aşanti Muzeyinin direktoru İvor Agiyemanq Dua deyib.

Eyni zamanda o qeyd edib ki, Aşanti xalqı keçmişdə yetərincə döyüşkən olub, başqa tayfa və xalqlardan ələ keçirilmiş ərazilərdə tez-tez talan halları olub. Buna görə də Qanaya qaytarılmış bəzi əşyaların başqa sahibləri də ola bilər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti