Qubada oğul atasını döyüb.
Lent.az xəbər verir ki, hadisə rayonun qəsəbələrindən birində qeydə alınıb.
37 yaşlı Nail İsayev (şərti adla) yaşadıqları evdə mübahisə zamanı əli ilə 61 yaşlı atasının sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı zərərçəkənin şikayəti əsasında cinayət işi başlanıb, N. İsayev saxlanılıb.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və atası ilə barışdığını bildirib.
Zərərçəkən atanın sözlərinə görə isə oğlu Nail mütəmadi olaraq spirtli içkilər içdiyi üçün onunla mübahisələri olur. Sonuncu mübahisə də məlum hadisə baş verib. Zərərçəkən oğlu ilə barışdığını və ona qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə Nail İsayev qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay islah işləri cəzasına məhkum edilib.
Hadisələr kriminal xəbərlər kriminal hadisələr məhkəmə işləri cinayət işləri məhkəmə qərarlarıMənbə: lent.az