İsrail Knessetinin (parlamentinin) sədri Əmir Ohana BMT-nin Baş katibi Antoniu Quterreşin Qəzza zolağında hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatlarına görə onunla planlaşdırılan görüşü ləğv edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, BMT görüşün ləğvi barədə jurnalistlərdən xəbər tutub.
“Həmkarlarınızdan biri zəng edərək Baş katibin dünənki mətbuat konfransında verdiyi açıqlamalara görə iclası ləğv etdiyini deyən spikerin müvafiq bəyanatını barədə məlumat verdikdə, ləğv olunduğunu öyrəndik”, – sözçü vurğulayıb.
Dünya təşkilatının rəhbərinin nümayəndəsi əlavə edib ki, son mətbuat konfransında Quterreş Fələstin – İsrail münaqişəsi ilə bağlı “əvvəllər demədiyi heç nə deməyib”.
Bizim Telegram kanalımıza abunə olun