ABŞ-də Bombardier Challenger 600 tipli reaktiv təyyarə avtomobil yoluna düşüb.
Lent.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) verdiyi açıqlamada şəxsi təyyarədə 5 sərnişinin olduğu və qəzanın səbəblərinin yerli hakimiyyət orqanları ilə birlikdə araşdırıldığı bildirilib.
Avtomobillə toqquşan təyyarədə 2 nəfərin öldüyü bildirilib.
Təyyarədə olanların kimliyi barədə ətraflı məlumat verilməyib.