IMG-LOGO

Havay adalarında güclü zəlzələ olub

10.02.2024 00:51 45 baxış
IMG

ABŞ-nin Havay ştatının yerləşdiyi Havay adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 43 minə yaxın insanın yaşadığı Hilo şəhərindən 90 kilometr cənubda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti