IMG-LOGO

Baydenin yenidən prezident seçilməsinə mane olan amillər açıqlanıb

10.02.2024 00:10 112 baxış
IMG

ABŞ Prezidenti Cozef Baydenin xüsusi prokurorun məruzəsinin dərcindən sonra çıxışı ölkənin hazırkı liderinin 2024-cü ildə yenidən bu vəzifəyə seçilməsinə mane ola bilər.

“Report” xəbər verir ki, “The Wall Street Journal” (WSJ) siyasətçinin yolundakı bu və digər maneələrin adını çəkir.

“Yardımçılar onu (Baydeni – red.) enerjili və işə hazır kimi göstərməyə çalışdılar, lakin [xüsusi prokurorun] məruzəsi və bu həftəki şifahi səhvləri yaşın onun kampaniyası üçün əngəl olaraq qaldığını göstərir”, – nəşr bildirib.

Üstəlik, sorğular göstərir ki, əksər amerikalılar prezidentliyə namizədin qocalmasından narahatdırlar ki, bu da Baydenin yenidən seçilməsinə mane ola bilər. 2024-cü ilin noyabrında siyasətçinin 82 yaşı tamam olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti