Rusiyanın Perm vilayətində dəmir yol sisternlərinin yanması nəticəsində 7 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, Perm vilayətinin Kuedinsk dairəsində qaz borusunda partlayış nəticəsində dəmir yol sisternləri yanıb. Sonradan alov ətrafdakı üç evə keçib. İlkin məlumata görə, xəsarət alanlar arasında iki uşaq da var. Yaralılar xəstəxanaya yerləşdirilib.