IMG-LOGO

Meymunlar işğal etdilər: "Xəyal şəhərə" çevriləcək

08.02.2024 18:43 62 baxış
IMG

Təxminən 3500 meymun Tailandın Lopburi şəhərinə hücum edib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, "xəyal şəhərciyinə çevrilmək təhlükəsi ilə üzləşən" şəhərdə meymun hücumunun artması səbəbindən bir çox mağaza və müəssisə qapılarını bağlayıb.

Təxminən 3500 meymunun ələ keçirdiyi Tailand şəhərində həyat dayanıb.

Lopburi əyalətindəki eyniadlı şəhər vaxtilə ölkənin mühüm ticarət və turizm mərkəzlərindən biri olub. Ancaq Honq-Konqda çıxan ingilis qəzeti “South China Morning Post”un xəbərində meymun istilasına görə bölgənin "xəyal şəhərciyinə çevrilmək təhlükəsi ilə üzləşdiyi" yazılıb.

Lopburi Ticarət Palatasının prezidenti Ponqsatorn Chaichanapanich, son iki ildə artan meymun istilası səbəbindən şəhərin mərkəzindəki bir çox mağaza və müəssisənin qapılarını bağladığını söyləyib.

Xəbərə görə, Ponqastorn şəhərin tarixi yerlərinin görünməz hala gəldiyini və dövlətin bu vəziyyətə ən qısa zamanda çarə tapması lazım olduğunu bildirib.  

Xəbər lenti