ABŞ-da Altsheymer xəstəliyindən əziyyət çəkən bir kişi ilk toylarından təxminən 40 il sonra həyat yoldaşı ilə yenidən evlənib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 77 yaşlı Michael O’Reilly bir neçə il əvvəl ona qoyulan diaqnozdan sonra həyat yoldaşı Linda Feldmana yenidən evlilik təklifi edib. Səbəb isə olduqca kövrəkdir, Maykl onların artıq evli olduğunu xatırlamayıb.
Cütlüyün ilk nikahı 1987-ci ildə baş tutub və sadə şəkildə, evlərinin qonaq otağında keçirilib.
Sağlamlıq vəziyyəti ağırlaşdıqdan sonra Maykl qocalar evinə köçürülüb. Buna baxmayaraq, Linda onu hər gün ziyarət etməyə davam edib. Kişi həyat yoldaşını hər dəfə tanısa da, evli olduqlarını unudaraq ona dəfələrlə yenidən evlilik təklifi edib.
Nəticədə cütlük təkrar toy mərasimini məhz qocalar evində keçirməyə qərar verib. Tədbirə ailə üzvləri və yaxın dostlar dəvət olunub.
Şahidlərin sözlərinə görə, mərasimin əvvəlində Maykl baş verənləri tam dərk etməsə də, bir müddət sonra nikah andını səsləndirib və onun üçün yeni və önəmli olan bu hadisədən səmimi şəkildə sevinib.
cütlük münasibət