IMG-LOGO

Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 8 %-dən çox azaldıb

19 Feb 2026 12:36 3 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Gürcüstandan 9,236 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % azdır.

"Report" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Azərbaycana tədarük qonşu ölkənin yerli məhsul ixracının 3 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 312,814 milyon ABŞ dolları dəyərində yerli istehsal malı ixrac edib. Bu isə bir il əvvələ nisbətən 68,1 % çoxdur.

Gürcüstanın yerli məhsulların ixracında əsas tərəfdaşları Çin (64,188 milyon ABŞ dolları; 3,9 dəfə çox), Türkiyə (49,278 milyon ABŞ dolları; 2,4 dəfə çox), Rusiya (34,797 milyon ABŞ dolları; 9,7 % çox), Malta (16,263 milyon ABŞ dolları; 100 % çox) və Bolqarıstan (15,881 milyon ABŞ dolları; 39,9 % çox) olub.

Xəbər lenti