Kanada hokkey yığmasının hücumçusu Konnor Makdevid XXV Qış Olimpiya Oyunlarının 1/4 final mərhələsində Çexiyaya 4:3 hesabı ilə qalib gəldikləri matçda etdiyi iki məhsuldar ötürmə ilə uğura imza atıb.
"Report" xəbər verir ki, 29 yaşlı hokkeyçi Milli Hokkey Liqası (NHL) oyunçularının iştirak etdiyi olimpiadalarda (1998, 2002, 2006, 2010, 2014 və 2026-cı illər) məhsuldar ötürmə rekordunu yeniləyib.
Hazırda hesabında 9 məhsuldar ötürmə olan kanadalı hücumçu, bu göstərici üzrə 1998 və 2006-cı illərdə 8 ötürmə ilə yadda qalan finlandiyalı Saku Koyvunu, həmçinin cari olimpiadada eyni sayda məhsuldar ötürmə verən isveçli Lukas Reymondu geridə qoyub.
Makdevid hazırkı turnirdə ümumilikdə 11 xalla (2 qol + 9 ötürmə) bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, fevralın 20-də keçiriləcək yarımfinal mərhələsində Kanada – Finlandiya və ABŞ – Slovakiya cütlükləri qarşılaşacaqlar.