IMG-LOGO

Siyarto Qəzza üzrə Sülh Şurasını Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün şans adlandırıb

19 Feb 2026 12:48 3 baxış
IMG

İlk iclası bu gün Vaşinqtonda keçiriləcək Qəzza üzrə Sülh Şurası yeni dünya nizamının formalaşmasının aydın sübutudur.

"Report" xəbər verir ki, Macarıstanın beynəlxalq əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç xarici işlər naziri Peter Siyartonun sözlərini "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

P.Siyartonun sözlərinə görə, Macarıstan öz prinsipləri və milli maraqlarından çıxış edərək Sülh Şurasına qoşulub. Nazir qeyd edib ki, bu təşəbbüs Qəzzadakı vəziyyətin çərçivəsindən kənara çıxa və Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına töhfə verə bilər.

"Müharibəni döyüş meydanında bitirmək ideyası səhvdir. Hazırda indiki təşəbbüsdən (Sülh Şurası) daha perspektivli imkan (münaqişəni başa çatdırmaq üçün) yoxdur və ona şans verilməlidir", - XİN başçısı vurğulayıb.

Xəbər lenti