Peru Konqresində keçirilən səsvermədən sonra solçu millət vəkili Xose Maria Balkasar dünən vəzifəsindən uzaqlaşdırılan Xose Xerini əvəz edərək ölkənin yeni müvəqqəti prezidenti seçilib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, paytaxt Limada keçirilən Konqresin sessiyasında keçirilən səsvermədə siyasi partiyalardan ən çox səs alan 80 yaşlı solçu siyasətçi Balkazar iyulun 28-nə qədər ölkənin müvəqqəti prezidenti vəzifəsini icra edəcək.
Beləliklə, Balkazar son 10 ildə prezidentlik vəzifəsini icra edən doqquzuncu şəxs olub, siyasi partiyalar isə iyul ayında keçiriləcək prezident seçkilərindən əvvəl kampaniyalarına başlayıblar.
Dünən Konqres keçmiş prezident Dina Boluarteni əvəz edən müvəqqəti prezident Xose Xerini vəzifəsindən uzaqlaşdırdı.
Peru mediasının məlumatına görə, Xerinin vəzifədən uzaqlaşdırılması dövlətlə iş görən çinli iş adamları ilə yarı-gizli görüşlər və bəzi dövlət məmurlarının işə götürülməsində qanunsuzluqlar iddiaları ilə əsaslandırılıb.
Xose Maria Balkasar Peru Konqres. prezident Xose Xeri