IMG-LOGO

Cənubi Koreyanın keçmiş müdafiə naziri 30 il müddətinə azadlıqdan məhrum edilib

19 Feb 2026 11:41 4 baxış
IMG

Cənubi Koreya məhkəməsi sabiq müdafiə naziri Kim Yon Hyonu qiyamda iştirakına görə 30 il müddətinə həbs cəzasına məhkum edib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məhkəmə onu ölkənin eks-prezidenti Yun Sok Yolun 2024-cü ilin dekabrında elan etdiyi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda təqsirli bilib.

Bundan əvvəl sözügedən cinayət işi ilə əlaqədar keçmiş baş nazir Han Dok Su 23 il, sabiq daxili işlər və təhlükəsizlik naziri Li San Min isə 7 il azadlıqdan məhrum edilib.

Xəbər lenti