IMG-LOGO

Kərkükdə türkmənlərin sayının azalmasına şərait yaradacaq yeni qayda qəbul olunub

19 Feb 2026 10:42 4 baxış
IMG

İraqın Kərkük vilayəti Məclisi ölkədəki müxtəlif etnik və dini qrupların nümayəndələrinin dövlət qurumlarında işə götürülməsi prosesinin "1957-ci il siyahıyaalınması" şərtindən azad edilməsini nəzərdə tutan təklifi təsdiqləyib.

"Report" xəbər verir ki, məlumatı yerli KİV yayıb.

Təkliflər Kərkük Məclisinin Baş katibi Angel Ziba tərəfindən təqdim olub. Qurumun 10 üzvündən 8-i layihənin lehinə səs verib. Bununla da təklif qəbul edilib.

Konstitusiya əsası olan "1957-ci il siyahıyaalınması" şərti İraq, xüsusilə, Kərkükün demoqrafik quruluşunu müəyyən edən, dövlət məşğulluğunda etnik-dini tarazlığı qorumaq üçün istinad kimi qəbul olunan son rəsmi siyahıyaalınma məlumatlarıdır.

Bu şərt Kərkükdəki türkmən, kürd və ərəb əhalisinin paylanmasının 1957-ci ildəki nisbətlərə görə tarazlanmasını hədəfləyir. Ancaq bunun vaxtaşırı məşğulluqla bağlı yumşaldılması da gündəmə gəlir.

Bu sənəd Kərkükdəki türkmənlərin bölgədəki varlığının ən güclü qanuni dayağı olaraq qəbul olunur. Çünki dövlət qurumlarına işçi və ya məmurun qəbulu zamanı həmin şəxsin 1957-ci il siyahıyaalınmasına görə Kərkükün yerli sakini (və ya həmin etnik qrupdan) olması tələb edilirdi. Ancaq qəbul edilən yeni qərar bunun aradan qalxmasına şərait yaradacaq. Bu halda İraqın istənilən bölgəsindən Kərkükə məmur və başqa sahələrə işçilər qəbul ediləcək. Ehtimal edilir ki, bu qərar vilayətdə türkmənlərin sayının azalmasına, başqalarının sayının süni yolla çoxaldılmasına yol açacaq.

Mütəxəssislər bildiriblər ki, vaxtilə Çin hakimiyyəti Sintszyan-Uyğur bölgəsinə başqa bölgələrdən müxtəlif ad altında qeyri-türkləri yerləşdirməklə süni şəkildə uyğurların sayının azalmasına nail olub.

Xəbər lenti