IMG-LOGO

Almaniya Azərbaycandan xam neft alışını azaldıb

19 Feb 2026 10:55 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan Almaniyaya 91 min 294,06 ton xam neft ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 43 milyon 249,21 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 4,5 dəfə, dəyəri isə 5,2 dəfə azdır.

Almaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,45 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xəbər lenti