IMG-LOGO

AZAL-ın Yaponiya aviaşirkətlərilə əməkdaşlıq perspektivləri müzakirə edilib

18 Feb 2026 11:51 3 baxış
IMG

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi və yapon aviaşirkətləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

"Report" xəbər verir ki, müzakirələr "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayevin Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe ilə görüşündə baş tutub.

Onun sözlərinə görə, görüşdə həmçinin AZAL-ın uçuş coğrafiyasının genişləndirilməsini hədəfləyən strategiyası və Bakının tranzit mərkəz kimi inkişaf potensialı nəzərdən keçirilib. "Məhsuldar görüşümüzün davamında Azərbaycanın turizm potensialı barəsində fikir mübadiləsi apardıq. Hesab edirəm ki, görüş iki ölkə arasında turizm və aviasiya sahəsində yeni tərəfdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından çox səmərəli oldu", - deyə S.Rzayev qeyd edib.

Xəbər lenti