Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri Sanae Takaiti yenidən baş nazir vəzifəsinə seçilib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Parlamentin əsas aşağı palatasında keçirilən səsvermə zamanı 354 deputat onun lehinə səs verib.
Takaiti bu gün axşam keçirəcəyi mətbuat konfransında fiskal siyasətə dair baxışını və LDP-nin seçkiqabağı kampaniya zamanı vəd etdiyi ərzaq məhsullarının istehlak vergisinin iki il müddətinə dayandırılması ilə bağlı planını açıqlayacaq.
KİV-in məlumatına görə, bütün nazirlər, o cümlədən xarici işlər naziri Tosimitsu Motegi, maliyyə naziri Satsuki Katayama və müdafiə naziri Şindziro Koidzumi tutduqları vəzifələrdə qalacaqlar.