IMG-LOGO

"Mərkəzi Azəri" platformasından hasil edilən neftin həcmi açıqlanıb

18 Feb 2026 10:03 3 baxış
IMG

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı "Mərkəzi Azəri" platforması istismara verildiyi tarixdən indiyədək 157 milyon ton neft hasil edilib.

"Report" bu barədə "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün "Mərkəzi Azəri" platformasından ilk neftin hasil edilməsindən 21 il keçir.

Xatırladaq ki, 18 fevral 2005-ci ildə Prezident İlham Əliyev yeni inşa olunmuş "Mərkəzi Azəri" hasilat, qazma və yaşayış platformasına səfər edərək AÇG-nin tammiqyaslı işlənməsinin başlandığını bildirən ilk neftin əldə olunmasını rəsmi tədbirlə qeyd edib.

Qeyd edək ki, "Mərkəzi Azəri" platforması Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralindan istismarda olan platforma "Azəri" yatağinın mərkəzi hissəsindən neft hasil etmək üçün tikilib. Platformandan əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə "Mərkəzi Azəri"də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılmışdır və körpü ilə HQYplatformasına birləşdirilib.

"Mərkəzi Azəri" obyektlərinə 48 quyu gövdəsinə malik HQY platforması, platformadan Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri, Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri və qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi daxildir.

"Mərkəzi Azəri" platformasından 2025-ci il ərzində ümumi hasilat gündə orta hesabla 90 000 barel təşkil edib.

Xəbər lenti