IMG-LOGO

Çində gəzinti gəmisinin aşması nəticəsində dörd nəfər həlak olub

18 Feb 2026 08:50 3 baxış
IMG

Çinin cənub-qərbindəki Yunnan əyalətində göyərtəsində 26 sərnişin olan gəzinti gəmisinin aşması nəticəsində azı dörd nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çinin Təhlükəsizliyin Təmin Edilməsi Komitəsi hadisənin istintaqına əyalət səviyyəsində nəzarət və təqsirkarların qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunması barədə göstəriş verib.

Müvafiq orqanlar hadisənin konkret səbəblərini müəyyənləşdirmək istiqamətində iş aparır.

Xəbər lenti