IMG-LOGO

KİV: ABŞ, Ukrayna və Rusiya arasındakı Cenevrə danışıqları "dalana dirənib"

18 Feb 2026 02:34 3 baxış
IMG

Rusiyaya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması üzrə Cenevrədə aparılan danışıqlar "dalana dirənib".

"Report"un "Axios" portalının jurnalisti Barak Ravidə istinadən məlumatına görə, bunu iki mənbə təsdiqləyib.

Onun sözlərinə görə, buna səbəb Rusiya nümayəndə heyətinin yeni rəhbəri, prezidentin köməkçisi Vladimir Medinskinin mövqeyi olub.

"İki məlumatlı mənbə mənə bildirdi ki, Cenevrədə siyasi qrupun danışıqları "dalana dirənib". Mənbələr qeyd ediblər ki, buna səbəb Rusiyanın yeni baş danışıqçısı Vladimir Medinskinin irəli sürdüyü mövqelərdir", – Ravid "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, görüş 17 fevralda baş tutub. Rusiya KİV-ləri danışıqların "çox gərgin" keçdiyini bildiriblər.

Xəbər lenti