IMG-LOGO

NZS-də bu tarixdə suyun verilməsində fasilə yaranacaq

17 Feb 2026 23:19 3 baxış
IMG
0 0

Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində baş vermiş qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində fevralın 20-dək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Azərtaca İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

“Bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək”, - məlumatda qeyd edilib.

su

Xəbər lenti