IMG-LOGO

BMT Baş katibi Cenevrədə keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirib

17 Feb 2026 21:44 3 baxış
IMG

BMT Baş katibi bu gün Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında aparılan danışıqları yüksək qiymətləndirib.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

O qeyd edib ki, BMT Baş katibi Rusiya ilə Ukrayna arasındakı bütün məsələlərin diplomatik yollarla həll olunacağına inanır:

"Baş katib istəyir ki, tərəflər bu dinamikanı və bu müzakirələri davam etdirsinlər, konkret və konstruktiv nəticələr əldə olunsun. O həmçinin bu prosesin regional gərginliyi azaldacağına və daha genişmiqyaslı böhranın qarşısını alacağına ümid edir".

S. Düjarrik bildirib ki, BMT gərginliyin azaldılmasının və qurumun nizamnaməsinə uyğun şəkildə münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini vurğulamağa davam edir.

Qeyd edək ki, ABŞ-nin iştirakı ilə Ukrayna üzrə üçtərəfli danışıqlar hərbi blok üzrə davam edir.

Xəbər lenti