IMG-LOGO

Azərbaycanlı atlet Türkiyədə beynəlxalq yarışın qalibi olub

17 Feb 2026 19:04 5 baxış
IMG

Azərbaycanlı atlet Abdulla Əliyev Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kubokunda uğurla çıxış edib.

"Report" xəbər verir ki, U-20 kateqoriyasında uzunluğa tullanma növündə mübarizə aparan təmsilçimiz bütün rəqiblərini geridə qoyaraq beynəlxalq yarışın qalibi olub.

O, 6.75 metr göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər lenti