"Qalatasaray" ulduzu Mauro İkardi ilə evliliyi bu yaxınlarda başa çatan Vanda Naranın "Fənərbaxça"nın futbolçusu ilə sevgili olduğu və tezliklə onun adını açıqlayacağı barədə şayiələr yayılıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu yeni romantika şayiəsi onun İkardini reper Qante ilə xəyanət etməsi və bunun onun evliliyinin sona çatmasına səbəb olması iddialarından sonra ortaya çıxıb.
Argentina mətbuatında yer alan xəbərlərə görə, Vanda Naranın "Fənərbaxça" oyunçusu ilə münasibətdə olduğu iddia edilir. İddia olunur ki, Nara tezliklə görüşdüyü şəxsin adını açıqlayacaq.
İkardi ilə baş verən qalmaqallı ayrılıqdan sonra şəxsi həyatı səbəbindən tez-tez diqqət mərkəzində olan Naranın indi Türkiyəyə diqqət yetirdiyi barədə şayiələr sosial mediada da geniş yayılıb. Nə Vanda Nara, nə də sözügedən "Fənərbaxça" oyunçusu hələlik xəbərlə bağlı rəsmi açıqlama verməyib.
Vanda Nara Mauro İkardi



