Avropa İttifaqı (Aİ) Ukraynaya qarşı təcavüzə görə Rusiyaya qarşı 20-ci sanksiya paketini G7 ölkələri ilə razılaşdırmağa çalışır, lakin müstəqil hərəkət etməyə də hazırdır.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Brüsseldə ECOFIN-in iclasının yekunlarına dair bildirib.
"Ukraynaya dəstək çərçivəsində biz Rusiyanın hərbi iqtisadiyyatına maksimum təzyiq göstərməyə davam edirik", - o deyib.
Onun sözlərinə görə, Avropa Komissiyası energetika, maliyyə xidmətləri və ticarətə yönəlmiş yeni tədbirlərin nəzərdə tutulduğu 20-ci sanksiyalar paketini təqdim edib.
"Biz Aİ ölkələrini bu sanksiya paketini mümkün qədər tez təsdiqləməyə çağırırıq", - o bildirib.