IMG-LOGO

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti qarşılaşmalar baş tutub

17 Feb 2026 17:47 3 baxış
IMG

Volyebol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

"Report"un məlumatına görə, kişi voleybolçuların Yüksək Liqasında XIV tura start verilib.

Turun ilk oyun günündə "Murov Az Terminal" və "Gənclər" komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində baş tutan matç "Murov Az Terminal"ın 3:0 (25:16, 25:14, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Qadınlar arasında yarışda isə XIII tura yekun vurulub. Son matçda "Gəncə" kollektivi "Gənclər"i 3:0 (25:10, 25:10, 25:9) hesabı ilə məğlub edib.

Xəbər lenti