IMG-LOGO

Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

17 Feb 2026 17:00 6 baxış
IMG

2025-ci ildə Azərbaycanda dövlət xətti ilə ümumi dəyəri 4,9 milyard manat olan 9 965 elektron satınalma həyata keçirilib.

"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 11,4 % və 1,8 % çoxdur.

Ötən il açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Əvvəlki ilə nisbətən dövlət satınalmalarında orta iştirakçı sayı 2,9 % artıb.

Xəbər lenti