IMG-LOGO

Elnur Bağırov: "Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"

17 Feb 2026 13:52 4 baxış
IMG

Azərbaycanda texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin ölkədə tanınması mexanizmi hazırlanıb.

Bunu "Report"a müsahibəsində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.

Onun sözlərinə görə, mexanizmin yaradılması sərhəddə ticarətin daha sürətli həyata keçirilməsinə, sahibkarlar tərəfindən idxal olunan malların əlverişli tələblərlə ölkəyə daxil olmasına xidmət edəcək.

E.Bağırov qeyd edib ki, bununla bağlı Agentlik müvafiq qanunvericilik layihəsi hazırlayaraq hökumətə təqdim edib.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti