Sadettin Saran mövsümün sonuna qədər “Fənərbaxça” klubunun prezidenti postunda qalacaq, mövsümün sonunda isə fövqəladə ümumi yığıncaq keçiriləcək.
Lent.az xəbər verir ki, bu barədə Sadettin Saran bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ümumi yığıncaqda “Fənərbaxça” klubunun rəhbərliyi yenidən formalaşdırılacaq.
Sadettin Saran “Fənərbaxça”-nın Avropa Liqası və ölkə çempionatında mübarizə apardığını, hədəfin çempionluq olduğunu bildirib və mövsümün sonuna qədər klubun prezidenti kimi səlahiyyətlərini icra edəcəyini açıqlayıb. Bununla belə, Sadettin Saran fövqəladə ümumi yığıncaqda yenidən klubun prezidenti postuna iddialı olub-olmayacağını açıqlamayıb.
Qeyd edək ki, dekabrın 24-də narkotik testi pozitiv çıxdığını görə saxlanılan "Fənərbaxça" prezidenti Sadettin Saran bir gün sonra sərbəst buraxılıb.
Sadettin Saran “Fənərbaxça” ümumi yığıncaq